Tehranın cümə namazı xitabətçisi İran xalqının seçkilərdə geniş iştirakını vurğulayıb
https://azeri.sahartv.ir/news/İran-i408503-tehranın_cümə_namazı_xitabətçisi_İran_xalqının_seçkilərdə_geniş_iştirakını_vurğulayıb
Tehranın cümə namazı xitabətçisi İran xalqının İslam Şurası Məclisi və Xübreqan Məclisi seçkilərində geniş iştirakını vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 16, 2024 17:18 Asia/Baku

Tehranın cümə namazı xitabətçisi İran xalqının İslam Şurası Məclisi və Xübreqan Məclisi seçkilərində geniş iştirakını vurğulayıb.

Höccətülislam vəlmüslimin Kazim Siddiqi Tehranın cümə namazı xütbələrində xalqın seçkilərdə geniş iştirakını İranın bacarıqlarının yüksəlişi, yeni nəfəs və yeni dəyişiklik adlandırıb. Bildirib ki, seçkilər düşmənlər üçün gözə batan tikan, dostlar üçün isə göz işığıdır.

Müxtəlif təbəqələrin seçkilərdə iştirakı vacibliyinə toxunan Tehranın cümə namazı xitabətçisi vurğulayıb: Seçkilərdə geniş iştirak/ İranın inkişafı, düşmənlərin isə məyusluğu mənbəyi olacaq.

İslam Şurası Məclisinə on ikinci və Rəhbərlik Xübreqanı Məclisinə altıncı çağırış seçkiləri martın birində İslami İranın hər yerində keçiriləcək.