Ötən il Avropaya 92 milyon avro dəyərində İran püstəsi ixrac edilib
https://azeri.sahartv.ir/news/İran-i408564-Ötən_il_avropaya_92_milyon_avro_dəyərində_İran_püstəsi_ixrac_edilib
Avropa Komissiyasının Statistika Mərkəzi- Avrostat ötən il Avropaya doxsan iki milyon avro dəyərində İran püstəsinin ixrac edildiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 18, 2024 10:05 Asia/Baku
  • Ötən il Avropaya 92 milyon avro dəyərində İran püstəsi ixrac edilib

Avropa Komissiyasının Statistika Mərkəzi- Avrostat ötən il Avropaya doxsan iki milyon avro dəyərində İran püstəsinin ixrac edildiyini bildirib.

Almaniya Avropada İran püstəsinin başlıca alıcısı olub. Belə ki, iki min iyirmi üçüncü ildə bu ölkəyə qırx doqquz milyon avro dəyərində İran püstəsi idxal edilib.

İtaliya yeddi milyon, İspaniya isə beş milyon avro ilə/  Avropada İran püstəsinin əsas alıcılarından olublar.

Bu məlumata görə, İran iki min iyirmi üçüncü ildə Avropaya ikinci püstə ixracatçısı olub.

Amerika altı yüz qırx milyon avroluq ixracatla Avropaya ən böyük püstə ixracatçısı olub.