İnqilab Rəhbəri: Ölkənin islahı yolu, seçkilərdir
İslam İnqilabının Böyük Rəhbəri deyiblər: Seçkilər, İran İslam Respublikası quruluşunun əsas dayağı olub/ və ölkənin islahı yolu,/ seçkilərdir.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahul Uzma Xamenei bu gün Təbriz əhalisinin 1978-ci il fevralın 18-inə təsadüf edən müstəbid şahlıq rejiminə qarşı tarixi qiyamının ildönümü günündə Şərqi Azərbaycan vilayəti əhalisindən minlərlə nəfərlə görüşdə hamının seçkilərdə iştirak etməli olduğunu vurğulayıb və bildiriblər ki: Seçkilər, İran İslam Respublikası quruluşunun əsas dayağıdır.
Xalq/ seçkilərdə daha yaxşının seçilməsi ardınca olmalıdır/- deyən İnqilab Rəhbəri əlavə ediblər: Seçki meydanına daxil olan kəslər pis sözlər, təhqir və qarayaxmadan çəkinməlidirlər.
O həzrət deyiblər: İranda seçkilər həmişə sağlam və mətin şəkildə keçirilib. Eyni zamanda, tərz ixtilafları və siyasi ixtilaflar/ düşmənlər qarşısında İran xalqının milli birliyinə təsir etməməlidirlər.
İran İslam Şurası Məclisinə on ikinci və Rəhbərlik Xübreqanı Məclisinə altıncı çağırış seçkiləri martın birində İslami İranın hər yerində keçiriləcək.
İslam İnqilabının Böyük Rəhbəri həmçinin/ İslam İnqilabı qələbəsinin ildönümü günündə keçirilən möhtəşəm 22 bəhmən yürüşünə görə, təhlükəsizliyin təminatçılarına və İran xalqına təşəkkür ediblər.
Bu il İran xalqı 22 bəhməndə İslam İnqilabının başıucalığını dünya xalqlarına nümayiş etdirdi- deyə, İnqilab Rəhbəri vurğulayıblar.