Amerika Təhlükəsizlik Şurasının tribunasından sui-istifadə edir
Amerika Təhlükəsizlik Şurasının tribunasından sui-istifadə edir. Bunu, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Təhlükəsizlik Şurasının sədrinə ünanladığı məktubda bildirib.
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi- Əmir-Səid İrəvaninin məktubunda deyilir: BMT Təhlükəsizlik Şurasının iki min iyirmi dördüncü il fevralın on dördündə keçirilən və Yaxın Şərqin vəziyyətinə həsr olunmuş son iclasında təəssüflər olsun ki, bir daha Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Yəmənin və Qırmızı dənizin vəziyyəti ilə bağlı İran İslam Respublikasına qarşı əsassız ittihamlar irəli sürmək və qeyri-düzgün informasiyalar yaymaqla Təhlükəsizlik Şurasının tribunasından öz dardüşüncəli siyasi proqramını həyata keçirmək üçün sui-istifadə etdi.
İranın BMT-dəki səfiri sonra vurğulayıb: İran bu əsassız ittihamları qətiyyətlə rədd edir və onları Birləşmiş Ştatların özünün Yəmənə qarşı hərbi təcavüzü və qanunsuz hərəkətlərinə qanuni don geydirmək və onları əsaslandırmaq üzrə bəhanəsi sayır.