Ağbənd-Culfa yolunun tikintisi əsas şərtdir
https://azeri.sahartv.ir/news/İran-i408691-ağbənd_culfa_yolunun_tikintisi_əsas_şərtdir
Şərqi Azərbaycan valisi İranın Naxçıvandakı baş konsulu ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 22, 2024 10:29 Asia/Baku
  • Ağbənd-Culfa yolunun tikintisi əsas şərtdir

Şərqi Azərbaycan valisi İranın Naxçıvandakı baş konsulu ilə görüşüb.

Şərqi Azərbaycan vilayətinin başçısı Malik Rəhməti İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Əziz Mənsurla görüşdə Şərqi Azərbaycanın qonşu ölkələrlə 271 km-lik ümumi sərhədinin olduğuna toxunaraq deyib: “İran hökumətinin sərhədlərin imkanlarına baxışı iqtisadi diplomatiyaya əsaslanır və Ağbənd-Culfa yolunun tikintisi bölgədə iqtisadi diplomatiyanın reallaşmasının ilkin şərtidir”.

Onun sözlərinə görə, Şərqi Azərbaycanın xüsusilə qonşu, eyni dil və mədəniyyətə sahib ölkələrlə sərhəd əlaqələri nə qədər yaxın olsa, bir o qədər də inkişaf olar.

Təbrizdə İran-Azərbaycan Birgə Ticarət Palatasının yaradılmasının vacibliyini vurğulayan əyalət başçısı sonra, Azərbaycan prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəflini Təbrizlə Naxçıvan arasında investisiya imkanları ilə tanış olmaq və daha çox qarşılıqlı əlaqələr qurmaq üçün Təbrizə səfərə dəvət edib.