Fev 23, 2024 13:43 Asia/Baku
  • İran iki qonşu ölkə arasında qaz mübadiləsini artırır

İran dövləti Azərbaycan ilə Türkmənistan arasında illik svop həcmini artırmaq məqsədi ilə boru kəmərinin ötürücülük qabiliyyətini 5,5 milyard kubmetrə çatdırıb.

“Shoare Sal” saytı yazır: “Türkmənistan hazırda Azərbaycanla qaz svop sazişi çərçivəsində İrana qaz göndərir. İki milyard kubmetr qaz İranın şimal-şərqinin yanacağa ehtiyacı olan ucqar bölgələrinə çatdırılır, İran isə eyni həcmdə qazı Azərbaycana qaz nəql edir. Nəticədə, Türkmənistan qazını əslində Azərbaycan alır”.

Məlumatda həmçinin bildirilir ki, ötən il dekabrın 6-da Aşqabadda keçirilən iqtisadi əməkdaşlıq üzrə Türkmənistan-Türkiyə dövlətlərarası komissiyasında Türkmənistandan Türkiyəyə qazın İran vasitəsilə tranzitinin mümkünlüyü ilə bağlı müzakirələr aparılıb.