Fev 26, 2024 13:17 Asia/Baku
  • Dəmir yolu ilə mal mübadiləsində 28% artım var

Şimal 2 Dəmiryolunun baş direktoru İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dəmir yolu vasitəsi ilə mal mübadiləsinin 28 faiz artdığını açıqlayıb.

Qulamhüseyn Vələdi Astara sərhəd terminalında 11 aylıq ixrac, idxal və tranzit yüklərin statistikasını izah edərkən deyib: “Bu il fevralın 20-ə kimi Astara dəmir yolu terminalında qonşu ölkə Azərbaycan Respublikası ilə 645 min tona yaxın mal mübadiləsi aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 faizdən çox artım göstərir.

O, bu ilin 11 ayında dəmir yolu ilə idxal olunan malların həcminin 206 min 379 ton olduğunu bildirib.

Şamal 2 Dəmiryolunun baş direktoru əlavə edib ki, sitrus meyvələri, sement, kimya, kafel və ərzaq məhsulları bu dəmir yolu xətti ilə Azərbaycan Respublikasına daşınan əsas ixrac malları olub, ağac, taxta-şalban, pambıq, kağız, taxıl və s. də ən mühüm tranzit və idxal malları hesab edilir.