Xalqın seçkilərdə geniş iştirakı düşmənlərin məyusluğuna səbəb olacaq
Bu gün İslam Şurası Məclisinə on ikinci və Rəhbərlik Xübreqan Məclisinə altıncı seçkilərin başlandığı ilk saatlarda İran məhkəmə hakimiyyətinin sədri öz səsini seçki qutusuna salıb.
Qulamhüseyn Mohseni-Ejeyi sonra müxbirlər qarşısına çıxıb belə deyib: Xalqın seçki məntəqələrində əzəmətli və maksimum iştirakı və onun nöqteyi-nəzərincə, nazirlər kabinetinə etimad səsi vermək, qanunların icrasına nəzarət etmək və qanunvericiliyə ləyaqəti olan şəxsləri seçmək, mədəni, ictimai, təhlükəsizlik, iqtisadi və siyasi sahələrdə müsbət və qənaətbəxş təsirlərə malik olacaq.
Məhkəmə hakimiyyətinin sədri sonra söyləyib: Şübhəsiz, xalqın bugünkü seçkilərdə əzəmətli və maksimum iştirakı ölkənin etibarının artması və İslami İranın dostlarının sevincinə səbəb olmaqdan əlavə, düşmənlər və şeytanların daha çox məyus olmalarına gətirib çıxaracaq.
Ədliyyə başçısı seçki pozuntuları və cinayətlərinin qarşısını almaq, həmçinin seçkilərin təhlükəsizliyi və sağlamlığını artırmaq üçün görülmüş tədbirlərə işarə edib: Məhkəmə hakimiyyəti aylar öncədən əlaqədar orqanların rəsmilərinin üzvlüklərilə «Seçki pozuntuları və cinayətlərinin baş verməsinin qarşısının alınması qərargahı»nı təşkil edib. Həmin qərargahda seçkilərin təhlükəsizliyi və sağlamlığını artırmaq üçün lazımi tədbirlər görülüb. Həmçinin əlaqədar məhkəmə rəsmiləri, prokurorlar və növbətçi hakimlərimiz seçki pozuntuları və cinayətlərinin baş verməsinə nəzarət edənlərdən məlumat daxil olan kimi tez bir zamanda məsələyə qarışmağa və lazımi tədbirlər görməyə hazırdırlar.