Mart 02, 2024 18:04 Asia/Baku
  • İran 12-ci parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

İran Daxili İşlər Nazirliyinin Mərkəzi Seçki Qərargahının sözçüsünün açıqlamasına görə, bəzi seçki dairələri üzrə ilkin nəticələri elan edilib.

Abadan, Qum, Rəşt və Məlair dörd seçki dairəsinin, eləcə də bəzi digər şəhərlərin elektron qaydada keçirilən nəticələri açıqlanıb.

Tehran vilayətinin seçki məntəqələrindən elan edilmiş nəticələrə əsasən, Tehran, Rey, Şemiranat, İslamşəhr və Pərdis seçki dairələrindəki 5000 şöbədən 1960 şöbənin səsləri hesablanaraq ölkənin mərkəzi seçki qərargahına göndərilib.

  Tehran dairəsində seçilən ilk 30 nəfər məlum olub. Qalan səslərin hesablanması isə, davam edir.

Qeyd edək ki, ötən gün İranda İslam Şurasının 12-ci və rəhbərlik ekspertlərinin 6-cı məclisi üçün səsvermə keçirilib.

Xatırladaq ki,  seçki aktivliyinin yüksək olduğunu nəzərə alaraq səsvermə vaxtı 3 dəfə 6 saatlıq müddətinə uzadılıb.

Səsvermə müddəti martın 1-i cümə günü saat 24:00-da başa çatıb.