Mart 03, 2024 18:55 Asia/Baku
  • İran Konstitusiyanın Müdafiəsi Şurası xalqa təşəkkür etdi

İran Konstitusiyanın Müdafiəsi Şurası xalqın Rəhbərlik Ekspertlər Məclisinin altıncı və İslam Şurasının on ikinci dövrünün seçkilərində iştirakını yüksək qiymətləndirib.

Konstitusiyanın Müdafiəsi Şurası şənbə günü verdiyi bəyanatda bildirib ki, İranın şərafətli xalqının Rəhbərlik Ekspertlər Məclisinin altıncı və İslam Şurasının on ikinci seçkilərində iştirakı İslam İnqilabının tarixində saysız-hesabsız uğurlardan biridir. Bu bir daha xalqın İslam Respublikası hakimiyyətinə dəstəyini və inamını eləcə də bu nizamın böyük banisinin uca amallarına bağlılığını göstərmiş oldu.

“Xalqın səhnədə görünməsi düşmənin sabit seçki mühitini pozmaq üçün apardığı psixoloji müharibənin təsirini puça çıxarmaqla bərabər pak inanca sahib, xalis niyyətli insanların maddi və mınəvi parlaq gələcəyindən xəbər vermiş olur ”-bəyanatda vurğulanıb.

Konstitusiyanın Müdafiəsi Şurası bəyanata əlavə edib:

“Ümidvaram ki, Allahın yar və yardımı və Həzrət Bəqiyyətullahın xüsusi nəzəri ilə seçilmiş nümayəndələr öz dini və inqilabi vəzifəsinə öhdədar olmaqla İslam Respublikası artan tərəqqi və uca mərtəbələrə şərəflə nail olacaqdır.