Mart 03, 2024 18:57 Asia/Baku
  • Rəisi: “İsraillə iqtisadi əlaqələrin kəsilməsi cinayətlərə son verilməsi üçün praktiki həll yoludur”

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi İraq prezidenti Əbdül Lətif Rəşid ilə görüşündə sionist rejimlə ticarət və iqtisadi əlaqələrə son verilməsini sionistlərin törətdiyi cinayətlərə son verilməsi üçün praktiki həll yolu olduğunu bildirib.

Prezident Rəisi Əlcəzairdə Qaz İxrac Edən Ölkələrin 7-ci Zirvə Toplantısında iştirak edən dövlət başçıları ikitərəfli görüşlərin fonunda İraq prezidenti Əbdül Lətif Rəşid ilə qarşılıqlı müzakirələr aparıb.

Görüşdə bəzi ərəb və islam ölkələrinin Fələstin məsələsi ilə bağlı qarşısında duran vəzifəsi ilə bağlı susqunluğunu tənqid edən prezident İbrahim Rəisi sionist rejimlə ticarət və iqtisadi əlaqələrə son verilməsini rejimin törətdiyi cinayətlərin dayandırılması üçün praktiki həll yolu olduğunu və sionist rejimə qarşı çəkindirmə gücünü formalaşdırmaq üçün qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Prezident Rəisi qarşılıqlı müzakirədə İran və İraq üçün təhlükəsizlik məsələsinin vacibliyinə də toxunmuş və sərhəd məntəqələrində terrorçu və separatçı qruplarla mübarizənin hər iki ölkənin birgə fəaliyyətini və həll edici rolunu diqqətə çatdırıb.

Bu görüşdə İraq prezidenti də qeyd edib ki, İran İslam Respublikası ilə ölkəsi arasındakı əlaqələr coğrafi hüdudlardan aşıb. Bunun əsası isə, iki xalqın dərin dini və mədəni inanclarından qaynaqlanır.

“İran İslam Respublikası hökumətinin Fələstin və Qəzza məsələsi ilə bağlı cəsarətli mövqeləri ilə fəxr edirik və inanırıq ki, nə qədər ki, sionist rejim kimi cinayətkar və təcavüzkar bir rejim regionda mövcuddur, bu regionda təhlükəsizlik və sabitlik olmayacaq”-İraq prezidenti İranlı həmkarı ilə görüşdə qeyd edib.