İranın müdafiə məhsullarının ixracı istiqamətində Qətərdə məşvərətlər aparılıb
https://azeri.sahartv.ir/news/İran-i409060-İranın_müdafiə_məhsullarının_ixracı_istiqamətində_qətərdə_məşvərətlər_aparılıb
İranın müdafiə naziri Dohada keçirilən səkkizinci dəniz müdafiə qabiliyyətləri- DİMDEX sərgisində olub.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Mart 05, 2024 12:21 Asia/Baku
  • İranın müdafiə məhsullarının ixracı istiqamətində Qətərdə məşvərətlər aparılıb

İranın müdafiə naziri Dohada keçirilən səkkizinci dəniz müdafiə qabiliyyətləri- DİMDEX sərgisində olub.

Briqada generalı Aştiyani sərginin keçirilməsində məqsədi, müxtəlif ölkələrin müdafiə nailiyyətlərinin təqdimatı adlandırıb və bildirib ki, sərgidə onların müdafiə məhsullarının ixracatı üçün zəmin yarana bilər.

İran müdafiə nazirinin dediyinə görə, İran İslam Respublikasının Müdafiə Nazirliyi də Qətər müdafiə nazirinin dəvətinə cavab olaraq, uzaq mənzilli radarlar, ötürmə sistemləri, dəniz simsiz rabitə cihazları, «Sonar» və sualtı rabitə qurğuları, müxtəlif tipli hava və dəniz hücumlarından müdafiə sistemləri, kruz raketləri, dəniz topları, fərdi silah və sursatlar kimi öz istehsalı olan müdafiə məhsullarını sərgidə nümayiş etdirir ki, İran İslam Respublikasının müdafiə qüdrətini nümayiş etdirməklə yanaşı, bu qəbildən olan məhsulların ixracatı üçün zəmin yaranmış olsun.

General Aştiyani qeyd edibdir ki, bu məsələni yerinə yetirmək üçün sərgidə iştirak edən ölkələrin yüksək rütbəli rəsmiləri ilə məşvərətlər aparılıb.