Mart 06, 2024 20:36 Asia/Baku
  • İran ABŞ neft daşıyan tankeri ələ keçirib

İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələri 50 milyon ABŞ dolları dəyərində neft yükün ələ keçirib.

Tehran Beynəlxalq Hüquq Məhkəməsi Fars körfəzində Amerika neftinə həbs qoyulmasına verdiyi qərar ardınca əmr icra edilib.

Bu qərara səbəb isə, Qərb ölkələrinin, xüsusilə də ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində İsveç şirkəti tərəfindən kəpənək xəstələri üçün lazım olan dərmanların satışına maneə qoyulması və bunun ardınca ağır fiziki və mənəvi zərər görmüş xəstələrin Tehranda Beynəlxalq Hüquq Məhkəməsinə şikayət etməsi olub.

Buna əsaslanaraq, işin vəkili tərəfindən məsələyə hüquqi qiymət verilmiş və nəhayət, Məhkəmə Fars körfəzində Amerika neft yükünü daşıyan “ADVANTAGE SWEET” gəmisinin və yükün müsadirə edilməsinə qərar verib.

Xatirladaq ki, EB xəstəliyi uşaq dərisinin çox kövrək və ağrılara səbəb olan nadir genetik xəstəlikdir və onun səthində üçüncü dərəcəli yanıq kimi qabarcıqlar əmələ gəlir.Bu vəziyyət adətən körpəlik və erkən uşaqlıq dövründə baş verir.

 

Teqlər