ABŞ-ın Qəzzə zolağına humanitar yardımlar göndərməsi, gülünc və acı bir şoudur
İran Xarici İşlər Nazirliyinin sözçüsü Amerikanın Qəzzə zolağına humanitar yardımlar göndərmək üzrə nümayişkaranə hərəkətini gülünc və eyni zamanda acı bir şou adlandırıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün öz həftəlik brifinqində deyib: Amerika hökuməti başqalarına ittiham vurmaq və sionist rejimin Qəzzə zolağındakı müharibəsinin nəticələrinə diqqət yetirmək yerinə, böhran ocağına diqqət yetirsəydi, yaxşı olardı.
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi həmçinin Qəzzənin günahsız qadın və uşaqlarının/ Amerikanın qeyd-şərtsiz himayələri altında sionist rejim tərəfindən qırğın olunmalarına işarə edib: Sionist rejimin BMT-nin Qadınların Statusu üzrə Komissiyasından çıxarılması, insan hüquqları iddiasında olan ölkələr üçün böyük bir sınaqdır.
Kənani MAQATE-nin direktorlar şurasının son iclasına da toxunub.
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə həmkarlığı davam edir və əsassız və qeyri-texniki ifadələrin Tehranın qərarı və iradəsinə heç bir təsiri yoxdur- deyən Kənani əlavə edib: İranın dincməqsədli nüvə proqramının irəlilədilməsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə zəmanət razılaşması altında davam edəcək.
İran diplomatiya aparatının sözçüsü həmçinin Qərb ölkələrinin insan hüquqları qarşısındakı ikili yanaşmalarını tənqid edib.
Amerikanın xas xəstələrə, o sıradan “bullyoz epidermoliz” xəstələrinə lazım olan dərmanların İrana göndərilməsinə əngəl törətməsinə toxunan iranlı rəsmi söyləyib: Amerika durmadan və riyakarcasına bildirir ki, İran xalqına qarşı sanksiya tətbiq etməyibdir- Bu, aşkar və ağ yalandır!
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsveçdə həbsdə olan İran vətəndaşı Həmid Nurinin son durumuna da toxunub.
Rəsmi Tehranın Həmid Nuri kimi günahsız İran vətəndaşının azadlığı üçün lazım olan bütün diplomatik və hüquqi səyləri göstərdiyini bildriən Kənani vurğulayıbdır ki, İran/ apellyasiya məhkəməsinin Həmid Nuriyə qarşı rəyini qəbuledilməz hesab edir.
İran vətəndaşı Həmid Nuri 2019-cu il noyabrın doqquzunda İsveçə daxil olarkən bu ölkənin təhlükəsilzik qüvvələri tərəfindən həbs edilib və hazırda məhbəsdədir.