İran XİN-nin mətbuat katibi sionist rejimin Şəfa xəstəxanasına hücumunu pislədi
Kənani: BMT Təhlükəsizlik Şurası öz məsuliyyətini yerinə yetirməlidir
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi sionist rejimin Qəzzə zolağındakı Şəfa xəstəxanasına hücumda vəhşi hərəkətini, onun işğalını və bu rejim əsgərlərinin xəstəxananın tibb işçilərinə, xəstələrə və yaralılara qarşı törətdiyi cinayətləri kəskin şəkildə pisləyib.
Nasir Kənani Fələstinin, xüsusilə Qəzzə zolağının ağrılı vəziyyəti ilə bağlı beynəlxalq ictimaiyyətin məsuliyyətini yenidən xatırladıb, bir daha BMT və bu təşkilatın Təhlükəsizlik Şurasını İsrail rejimi tərəfindən hərbi cinayətlərin davam etməsinin qarşısının alınmasında beynəlxalq vəzifə və məsuliyyətlərini yerinə yetirməyə çağırıb.
Bu arada Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sionist rejimin Qəzzədə tibb mərkəzlərinə hücumlarının davam etməsindən dərin narahatlığını bildirib, bu hücumların tibb işçilərinin, xəstələrin və mülki şəxslərin həyatını təhlükə altına qoyduğunu qeyd edib.