Mart 20, 2024 13:15 Asia/Baku
  • İran və Azərbaycan prezidentləri təbrikləşiblər

İran prezidenti Seyid İbrahim Rəisi və Azərbaycan prezidenti İlham Əliyev bir-birlərini Novruz bayramı münasibətilə təbrik ediblər. Hər iki dövlət başçısı ölkələr arasında möhkəm dostluq əlaqələrini xatırladaraq, xalqlara firavanlıq, cansağlığı və xoşbəxtlik arzulayıblar.

Bundan əlavə hər iki ölkənin xarici işlər nazirləri, digər dövlət və hərbi rəsmilər qarşılıqlı şəkildə gözəl Novruz bayramı münasibətilə təbrikləşiblər