Mart 20, 2024 13:22 Asia/Baku
  • Prezident Rəisi:

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi mübarək Ramazan ayına təsadüf edən yeni ilin təbrik çıxışında 1403-cü il istehsalın genişləndirilməsi ili olacağını qeyd edib.

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi yeni Günəş ili başlanması münasibəti ilə xalqa müraciətində ötən ildə ölkədə müxtəlif sahələrdə baş vermiş hadisələrə toxunaraq deyib:

"1402-ci il eniş-yoxuşlu mühüm hadisələrlə yadda qaldı. Həm şirin, həm də acı hadisələri gördük, amma keçən ilki hadisələri diqqətdə saxlasaq deyə bilərik ki, İran bütün sektorlarda inkişaflı istiqamətə nail oldu" 

Prezident Rəisi əlavə edib: "Ölkədə üç il ardıcıl olaraq 4%-dən yuxarı artım qeydəə alınıb. Halbuki, ötən onillikdə bu orta iqtisadi artım bir faizdən az olmuşdu.

İran İslam Respublikasının Prezidenti Rəisi deyib: "Xalqın dəstəyi ilə 1403-cü il istehsal və iqtisadiyyatın daha çox genişləndirilməsi, inflyasiyanın daha da azaldılması və ölkədə geniş xidmətin təşkil edilməsi ilidir.

Prezident İbrahim Rəisi düşmənin İrana zərbə planına da toxunaraq qeyd edib ki, xalq və dövlər rəsmilərinin birliyi, qarşılıqlı rəğbəti və həmrəyliyi İran mənfur düşmənlərin uğursuzluğuna səbəb oldu və  xalqın müxtəlif sahələrdə meydanda görünməsi düşmənləri məyus etdi.

İran İslam Respublikasının prezidenti regionda baş verən proseslərə də toxunaraq Qəzzə müharibəsini, sionist rejimin cinayətlərini pisləmiş və fələstinlilərin sionist düşmənə qarşı mövqeyini müsbət adlandıraraq qeyd edib ki, dünyanın zorakı güclər sionistlərə Qəzzədə iki milyon insanı qətlə yetirməsi üçün ən müasir bombalardan tutmuş milyardlarla dollar vəsait ödəsələr də belə, lakin onlar buna nail ola bilmədilər.