Mart 20, 2024 19:15 Asia/Baku
  • Müəzzəm Rəhbər: “Müqavimət Cəbhəsi yaranması vacib  idi”

İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün İmam Xomeyni (r) hüseyniyyəsində Yeni il münasibətilə çıxış edib. Xalqın hüzurunda çıxış edən Müəzzəm Rəhbər ölkənin daxili və xarici siyasətində vacib nüanslara toxunaraq əsas siyasi xətti bəyan edib.

Çıxış öncəsi Ramazan ayının mənəvi təsirlərini xatırladan Müəzzəm Rəhbər bu ayda hər bir düşüncəli insanın mənəvi mərhələlərə yüksələ biləciyini buyurub. Ölkənin daxili siyasətindəki mühüm istiqamətini bəyan edən Ali Məqamlı Rəhbər builki şüarın ölkənin əsas strategiyasının bir hissəsi olduğunu qeyd edərək bu bir neçə ildə ilin şüarında əsas yer alan məqamın iqtisadi məsələlərə diqqət yetirilməsi olduğunu qeyd etmişdir.
 

Həzrət Ayətullahul Uzma İmam Xamenei çıxışının davamında İrana qarşı mənfur düşmənlərin illərdir ölkə iqtisadiyyatını diz çökdürməyə çalışdığına toxunaraq buyurublar ki, gənclərin səyi və yorulmaz zəhməti ilə düşmən buna hələ nail olmayıb və Allahın qüdrəti ilə də bundan sonra da öz məqsəsinə çata bilməyəcək.

O Həzrət daha sonra əlavə edib: “Əgər biz gələcəyə ümid etsək mütləq tərəqqi və inkişaf da mümkün olacaq. Ölkədə minlərlə istedadlı və həvəskar gənclərdən ibarət qurumlar var və onlar bu sitqamətdə işləyir və çalışırlar.

Müəzzəm Rəhbər daha sonra müqavimət cəbhəsinin hazırkı vəziyyətinə toxunaraq Qərbi Asiyada müqavimət cəbhəsinin günü-gündən güclənməli olduğunu və bu  cəbhənin sionist cinayətkarların zülmü qarşısında yarandığını bildirib.

  Həzrət Ayətullahul Uzma Xamenei İmam Xomeyni (r.ə) Hüseyniyyəsində Novruz bayramı münasibətilə çıxışında Fələstin müqaviməti haqqında deyib: “Müqavimət öz imkanlarını ortaya qoydu və düşmənin bütün hesablamalarını alt-üst etdi. Müqavimətin gücü amerikalıların bu region üçün yanlış hesablamalarını pozdu. Sionist rejim isə, böhrandan çıxması belə böhrana boğulub. Bu gün artıq sionist rejimin qərar qəbul etmək gücü yoxdur.