Mart 21, 2024 18:35 Asia/Baku
  • Bu gün möminlərin anası, Hz. Xədicənin (ə) vəfat günüdür 

Bu uca məqamlı pak xanımın vəfatı münasibətilə ilə "Səhər Azəri" TV adından başda İmam Zaman (Ə.F) olmaqla bütün müsəlmanlara baş sağlığı veriri.

Hz. Xədicə – «möminlərin anası» sifətiylə xatırlanan bu qadın, yalnız yaxşı bir həyat yoldaşı, sadiq bir dost olmaqla kifayətlənməmiş, eyni zamanda islam mübarizəsində çox mühüm xidmətlər göstərmişdir.

 İslama girmədən öncə və müsəlman olduqdan sonra sərvətini kasıblara paylamaqdan həzz alan bu zəngin qadın, yaradılışı etibarı ilə mərd idi. Onun bu xeyirxahlığı, yayılmış şöhrəti və qazandığı hörmət islam mübarizəsində çox böyük bir əhəmiyyət kəsb edirdi.

 Peyğəmbərimizə görünən mələklə və ilahi vəzifənin ağırlığı ilə əlaqədar narahatlıq keçirən yoldaşına ilk təskinlik verən və ona ilk iman edən Hz. Xədicə, xristian dininə mənsub olan əmisi Varakanın və mənbələrə görə Abbas adlı birisinin islama gəlməsinə vəsilə olmuş, qadın-kişi, qoca-gənc, kölə və ya azad olan hər bir kəsə İslamı təbliğ etməkdən çəkinməmişdir.

Hz. Əbu Talibin vəfatından üç gün keçdikdən sonra Hz. Peyğəmbər, xanımı Hz. Xədicəni də itirdi.

 Təslimiyyəti, itaəti, məhəbbət və mərhəmətiylə Allah Rəsulunun qəlbində taxt quran, ona ən böyük dəstək və təsəlli olan Hz. Xədicəni itirmək, ona qarşı xüsusi bir sevgisi olan Allah Rəsuluna çox ağır gəldi.

 Vəfatından sonra onu heç bir zaman unutmadı və rəhmətlə xatırladı. Allah Rəsulunun bu sözü, Hz. Xədicənin möminlərin könlündə nə qədər ülvi bir yer tutduğunu göstərir: «Öz dövründə olan qadınların xeyirlisi İmran qızı Məryəm idi. Bu ümmətin qadınlarının xeyirlisi də Xədicədir».