Mart 22, 2024 14:22 Asia/Baku
  • İran xarici hərbçilərin Suriyanı dərhal tərk etmələrini tələb edib

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi deyib: İran İslam Respublikası/ çağırılmamış bütün xarici qüvvələrin Suriyanı dərhal tərk etmələri üzrə tələbini bir daha təkrar edir.

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir-Səid İrəvani yerli vaxtla cümə axşamı günü BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqin və Suriyanın vəziyyəti barədəki iclasında əlavə edib: Bu ay/ Suriyada döyüşlərin başlanmasının on üçüncü ildönümüdür. Bu on üç il ərzində Suriya xalqı bir çox zərərlər çəkib və bu döyüşlər bütün regionda sülh, təhlükəsizlik və sabitlik üçün xoşagəlməz nəticələrə gətirib çıxarıbdır.

Döyüşlərin 2011-ci ildə başlandığı zamandan bəri bəzi ölkələr Suriyadakı siyasi planlarını hərbi həll yollları vasitəsilə təqib ediblər. BMT Nizamnaməsinin əsas prinsiplərinə göz yuman həmin ölkələr/ Suriyanın suverenliyi və ərazi bütövlüyünü pozub,/ terrorçu və separatçı qruplara dəstək veriblər- deyə, İran İslam Respublikasının BMT-dəki baş diplomatı vurğulayıb.

İrəvani söyləyib: Təəssüflər olsun ki, on üç ildən sonra bu ölkələr hərbi və ya diplomatik kanallar vasitəsilə əldə edə bilmədikləri hədəflərə çatmaq üçün bir alət kimi sanksiyalara əl atırlar.

İranın BMT-dəki səfiri vurğulayıb: Birincisi, qəbul etmək lazımdır ki, bu böhran üçün hərbi həll yolu mövcud deyildir. Bu minvalla, humanitar yardımların siyasiləşdirilməsi,/ didərginlər və yersiz qoyulanların geri dönmələrinin əngəllənməsi,/ xüsusən də birtərəfli şəkildə sanksiyaların tətbiq edilməsi,/ yalnız böhranın uzanması və Suriya xalqının əzab-əziyyətinin şiddətlənməsinə gətirib çıxaracaq.

İrəvani əlavə edib: İkincisi,/ münaqişə,/ Suriya Ərəb Respublikasının suverenliyi, birliyi və ərazi bütövlüyü tam şəkildə himayə olunmadan/ həll oluna bilməz! Heş bir şəraitdə/ belə əsas elementlərə göz yummaq olmaz!