Mart 23, 2024 14:12 Asia/Baku
  • Əmir-Abdullahiyan: Terrorizmə qarşı birgə və effektiv mübarizə aparılmalıdır

İran İslam Respublikasının xarici işlər naziri Moskvada törədilmiş terror aktı ilə əlaqədar Rusiya hökumətinə və həlak olanların ailələrinə başsağlığı verib.

Hüseyn Əmir-Abdullahiyan X social platforma üzərindən paylaşdığı reaksiyada yazıb: “Moskvada baş vermiş son terror aktını qətiyyətlə pisləyirəm, həlak olanların ailələrinə başsağlığı verirəm, həmkarım Sergey Lavrova, Rusiya hökumətinə və xalqına bu faciəvi hadisə ilə bağlı başsağlığı verirəm”.

Əmir-Abdullahian qeyd edib ki, “terrorizmə qarşı birgə və effektiv mübarizə beynəlxalq ictimaiyyətin ciddi və ayrı-seçkilikdən uzaq addımlar atmasını tələb edir”.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani də Moskvada çoxlu sayda Rusiya vətəndaşının ölümü və yaralanması ilə nəticələnən qanlı və vəhşi terror aktını qətiyyətlə pisləyib.

 

 

Teqlər