Mart 23, 2024 19:14 Asia/Baku
  • Putinə müraciətdə: Rəisi Rusiya hücumunu törədənləri cəzalandırmaq üçün beynəlxalq tədbirlər görməyə çağırıb

İran İslam Respublikası prezidenti rusiyalı həmkarı Vladimir Putinə müraciətində ünvanlayaraq, Moskvada baş verən terror hadisəsində bir sıra günahsız Rusiya vətəndaşlarının həlak olması ilə bağlı Rusiya hökuməti və xalqına başsağlığı verib.

"İRNA"nın məlumatına görə, Seyid İbrahim Rəisi hücumu qətiyyətlə pisləyib və Rusiya hakimiyyətinin ölkənin milli təhlükəsizliyini qorumaq səylərini dəstəklədiyini bildirib.

İran prezidenti həmçinin beynəlxalq ictimaiyyəti beynəlxalq ictimaiyyəti  bu terror aktını planlaşdıranların və törədənlərin cəzalandırılması üçün ciddi tədbirlər görməyə çağırıb.

 

Teqlər