Mart 24, 2024 17:45 Asia/Baku
  • İran və Oman sionistlərin Qəzzədə cinayətlərinin davam etməsini pisləyiblər

İran və Oman İran və Omanın xarici işlər nazirləri sionist rejimin məzlum Fələstin xalqına qarşı daha çox cinayətinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin sürətli və ciddi müdaxiləsinin vacibliyini vurğulayıblar.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Oman Sultanlığının xarici işlər naziri Bədr bin Həməd Əl-Busəidi ilə telefon danışığında ikitərəfli münasibətləri və Qəzzə zolağında baş verən son hadisələri müzakirə edib.

Tərəflər iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyinə toxunaraq, ikitərəfli münasibətləri, regional və beynəlxalq əməkdaşlığı davam etdirmək və möhkəmləndirmək üçün hər iki tərəfin iradəsini vurğulayıblar.

İran İslam Respublikası və Oman Sultanlığının xarici işlər nazirləri, həmçinin sionist rejimin Qəzzə zolağında davam edən cinayətlərini, xüsusən də bu rejimin Əl-Şifa xəstəxanasını mühasirəyə alması, xəstələrin və tibb işçilərinin öldürülməsi ilə bağlı həyata keçirdiyi vəhşi və qeyri-insani əməllərini kəskin şəkildə pisləyiblər. 

Tərəflər bu xəstəxanada baş verən faciələrin miqyası və dərinliyi nəzərə alınaraq, sionist rejimin məzlum Fələstin xalqına qarşı törətdiyi cinayətlərin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin sürətli və ciddi müdaxiləsinin vacibliyini vurğulayıblar.