Mart 25, 2024 18:11 Asia/Baku
  • Kənani sionistlərin Əşşifa xəstəxanasındakı cinayətlərini pisləyib

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi sionist rejim ordusunun Əşşifa xəstəxanasında fələstinli didərginlər, yaralılar və xəstələrə, həmçinin müalicə kadrına qarşı dəhşətli və insanlığa sığmayan cinayətlərini pisləyib.

Nasir Kənani deyib: Bir həftədir ki, Əşşifa xəstəxanası və  onun ətrafı, habelə fələstinli xəstələr, müalicə kadrı, didərginlər, xüsusən oraya sığınmış qadın və uşaqlar terrorçu sionist rejim ordusunun kəskin qeyri-insani mühasirəsindədirlər və sözügedən rejim bu xəstəxanada dəhşətli cinayətlər törətməklə özünün nəhs həyatı tarixinə və cinayətləri üzrə qara siyahıya daha bir biabırçı vərəq əlavə edibdir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü söyləyib: Təəssüflər olsun ki, ötən bir neçə gün ərzində işğalçı rejimin vəhşicəsinə cinayətləri nəticəsində, həmçinin zəruri müalicə vasitələri və qida maddələrinin girişinin əngəllənməsi və kor-koranə hücumlar səbəbindən, Əşşifa xəstəxanasında mühasirədə olan fələstinli didərginlər, yaralılar, xəstələr və müalicə kadrından 180 nəfər həyatını itirib və yerdə qalan insanlar da tədrici ölüm təhlükəsi altındadırlar.

Kənani əlavə edib: Bu arada bu xəstəxanada həbs olunmuş fələstinli qadınlara qarşı qırğın, hörmətsizlik və işgəncə barədə dəhşətli və şokedici məlumatlar daxil olur ki, bu məsələ/ dünya ictimaiyyətinin təcili və qətiyyətli addımlar atması, o sıradan sionistlərin Əşşifa xəstəxanasındakı hərbi cinayətlərinin həcminin üzə çıxarılması məqsədilə beynəlxalq təhqiqat qrupunun yaradılmasını tələb edir.

 Kənani vurğulayıb: İran İslam Respublikası sionist rejim tərəfindən beynəlxalq humanitar hüquqların, insan hüquqlarının, beynəlxalq qayda-qanunların biabırçı tərzdə pozulmasını kəskin şəkildə pisləməklə/ bir daha dünya ictimaiyyətinin və islami dövlətlərin/ Qəzzə zolağında blokada altında olan sakinlər və müharibədən zərər çəkənlər xüsusiyyət təşkil etməklə məzlum Fələstin xalqını himayə ilə bağlı məsuliyyətlərini xatırladır/ və beynəlxalq və hüquq orqanlarının, həmçinin dövlətlərin bu cinayətlərin durdurulması, habelə bu kimi insan faciələrinin əmr edənləri, yerinə yetirənləri və himayə edənlərinin məsuliyyətə cəlb olunmaları və mühakimə edilmələri istiqamətində cinayət işinin açılması istiqamətində təsirli, qətiyyətli və təcili tədbirlər görmələrini tələb edir.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb: Bu kimi vəhşicəsinə cinayətlər, Fələstin xalqının/ onun işğalçılığa qarşı qanuni haqqı kimi müqavimətə söykənmək sahəsində haqlı olduğunu daha çox sübut edir və bu,/ Fələstin xalqının və onun qəhrəmancasına müqavimətinin öz haqlı hüquqları, xüsusən müqəddərat təyinetmə haqqının reallaşması üzrə əzmkarlığı və iradəsini mütləq şəkildə artıracaqdır