Mart 26, 2024 14:04 Asia/Baku
  • Fələstin ərazilərinin zəbt edilməsi İsrailin cinayət əməllərinin tərkib hissəsidir

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sionist rejimin Fələstin xalqına məxsus ərazilərin daha bir hissəsinin işğal etməsini rejimin Qəzzədə törətdiyi vəhşilik və cinayətkar əməllərinin tərkibi olduğunu bildirib.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani sionist rejimin Fələstinin İordan çayı vadisində fələstinlilərə məxsus 800 hektar ərazinin müsadirə edilməsi ilə bağlı yeni qərarını kəskin şəkildə pisləyərək rejimin bu qərarını Fələstin xalqının ayrılmaz və təbii hüquqlarına qarşı oğurluq və açıq-aşkar təcavüz, sülh və təhlükəsizliyə və beynəlxalq qaydalara qarşı addım kimi qiymətləndirib.

“Fələstin xalqına məxsus torpaqların daha bir hissəsinin qəsb edilməsi sionist rejimin Qəzzədə əl atdığı vəhşilik və cinayətkar əməllərin təkib hissəsi olmaqla yanaşı, dənizdən çaya qədər özünü genişləndirmək kimi mənfur və şərr niyyətini həyata keçirmək məqsədi ilə, Fələstin xalqını məhv etmək və bu xərçəng şişinin bütün Fələstin torpaqlarında yayılması kimi olduqca pis siyasətinin davam edən tarixi ardıcıllığıdır.”- Diplomatik qurumun sözçüsü əlavə edib.

Kanani daha sonra əlvə edib: “Fələstin torpaqlarının 1993-cü ildən bəri ən böyük müsadirəsi sayılan bu son qanunsuz və təhlükəli qərar, sionist rejimin fələstinlilərə qarşı hərbi cinayətlərinin davamında beynəlxalq qanunlar və humanitar hüquqların kobud şəkildə pozulmasının bariz nümunəsidir”

İran İslam Respublikası beynəlxalq ictimaiyyətə və başlıca olaraq BMT-yə yeni işğal dalğası və Fələstin xalqının torpaqlarının açıq-aşkar oğurlanmasına görə ciddi məsuliyyət daşıdığını xatırladan Nasir Kənani onların qəbul etdiyi qərara qarşı təsirli və çəkindirici reaksiya verilməsini vurğulayaraq, bir daha Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququna hörmələ yanaşılmasını, işğala son verilməsinin zəruriliyini, Dənizdən çaya qədər müstəqil Fələstin hökumətinin qurulması haqqının tanınmasını, sionistlərin bölgədəki təcavüzkar və genişlənmə siyasətinə son verəcək yeganə davamlı və ədalətli həll yolu olan Qüds-Şərifin paytaxt elan edilməsini diqqətə çatdırıb.