Apr 05, 2024 11:19 Asia/Baku
  • İnqilab Rəhbəri yeddi Qüds yolu şəhidinin cənazəsinə namaz qılıblar

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei dünən axşam yeddi Qüds yolu şəhidinin cənazəsinə namaz qılıblar.

Mərasimdə şəhidlər- general-leytenant pasdar Məhəmməd-Rza Zahidi, briqada generalı pasdar Məhəmməd-Hadi Hacı Rəhimi, Hüseyn Əmanullahi, Seyid Mehdi Ciladəti, Möhsün Sədaqət, Əli Ağa Babayi və Seyid Əli Salehi-Ruzbehani-nin ailələri iştirak ediblər.

Sözügedən şəhidlər üçün dua edən İnqilab Rəhbəri onların möhtərəm ailələri ilə söhbət ediblər.

Qüds yolunun yeddi şəhidinin cənazəsi bu gün Ümumdünya Qüds Günü yürüşü ilə bir zamanda Tehranın Firdovsi meydanından Tehran Universitetinə doğru müşayiət ediləcək.

 

Teqlər