Ali Məqamlı Rəhbər: Qəzzə məsələsi İslam dünyasının problemlərinin başındadır
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Qəzzə məsələsini İslam dünyasının problemlərinin başında duran və göz yumulmaz məsələ adlandırıb.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri çərşənbə günü Fitr bayramı münasibətilə ölkə rəsmiləri, İslam ölkələrinin Tehrandakı səfirləri və xalqın müxtəlif təbəqələrindən bir qrupu ilə görüşdə Qəzzə məsələsini İslam dünyasının problemlərinin başında duran və göz yumulmaz məsələ adlandırıb, əlavə ediblər: "Bu gün xalqların, hətta qeyri-müsəlman xalqların qəlbi Fələstin və Qəzzə məzlumlarının yanındadır və onun bariz əlaməti Afrika, Asiya, Avropa və hətta ABŞ-da sionistlərin cinayətlərinə qarşı misli görünməmiş nümayişlərdir".
Həzrət Ayətullahül-üzma Xamenei, həmçinin Qüds Günü yürüşündə İran xalqının möhtəşəm iştirakına görə, öz təşəkkürünü bildirib və Fitr bayramı münasibətilə öz təbriklərini çatdıraraq, İran xalqı və bütün müsəlmanlar üçün xoşbəxtlik və bərəkət arzu ediblər və deyiblər: "Bu il Qüds Günündə keçirilən yürüş heyrətamiz beynəlxalq və siyasi bir hərəkət idi ki, əvvəlki illərlə müqayisədə xalqın daha geniş iştirakı ilə sözün əsl mənasında ümumi bir etiraza çevrildi".
İslam İnqilabının Ali Məqamlı Rəhbəri sionistlərin dünya mediası üzərində uzun müddətli nəzarətinə və Fələstinin səsinin və mesajının dünyaya çatdırılmasına mane olmalarına baxmayaraq, Fələstin məsələsinin xalqların diqqət mərkəzində olan ilk məsələyə çevrilməsini İslam dünyasında yeni hadisələrin baş verdiyinin göstəricisi kimi dəyərləndiriblər və deyiblər: "Xalqların məsuliyyət hissinə baxmayaraq, təəssüf ki, dövlətlər üzərlərinə düşən vəzifələri yerinə yetirmirlər".
Həzrət Ayətullaül-üzma Xamenei bəzi İslam ölkələrinin sionist rejiməin qadın və uşaqlara qarşı cinayətlərinin pik nöqtəsində bu rejimə yardım etməsini indiki dövrdə ən acınacaqlı faktlardan biri hesab ediblər və buyurublar: "Bu yardımlar və sionist rejimin zəifləyən qurumlarını gücləndirmək həm İslam ümmətinə, həm də yardım edən ölkələrin özlərinə xəyanətdir, çünki bu yardımlar əslində onların öz məhvinə xidmət edir".
O, Həzrət, İran İslam Respublikasının təklifi və gözləntisini islam ölkələri ilə sionist rejim arasında siyasi və iqtisadi əlaqələrin kəsilməsi olduğunu bildirərək, İslam ölkələrində referendum keçiriləcəyi təqdirdə bu gözləntinin bütün müsəlmanların öz hökumətləri tərəfindən sionist rejimlə əlaqələrin kəsilməsinə mütləq səs verəcəklərini vurğulayıblar və əlavə ediblər: “Ən az gözlənti budur ki, İslam ölkələrinin hökumətləri sionist rejim ilə əlaqələrini müvəqqəti olaraq və cinayətlərin davam etdiyi müddətcə kəssinlər və ona kömək etməsinlər".