Apr 14, 2024 12:08 Asia/Baku
  • Xunta rejimindən qisas alındı

İsrailin hərbi obyektləri Sepah tərəfindən hədəfə alındı

İslam İnqilabı Keşikçiləri Korpusu işğal olunmuş ərazilərə və sionist rejimin mövqelərinə onlarla PUA və raketlə hücum etdiyini bildirib.

Sepah-ın bəyanatında deyilir: “Sionist rejimin çoxsaylı cinayətlərinə, o cümlədən İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə hücumuna və ölkəmizin Suriyada bir qrup komandir və hərbi müşavirinin şəhadətinə cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri işğal olunmuş ərazilərdəki xüsusi hədəfləri onlarla raket və PUA atəşinə tutub”.

İslam İnqilabı Keşikçiləri Korpusu həmçinin Amerikanın terrorist hökumətinə İranın maraqlarına zərbə vurmaqda hər cür dəstək və iştirak barədə xəbərdarlıq edib

Sepah 2 nömrəli bəyanatında isə sionist terrorçu ordusunun işğal olunmuş ərazilərdə mühüm hərbi hədəflərinin məhv edilməsinə toxunaraq, vurğulayıb: “ABŞ və sionist rejim tərəfindən hər hansı bir ölkədən hər hansı bir təhdid, İran İslam Respublikasından təhlükə mənbəyinə qarşılıqlı cavabla qarşılanacaq”.

Bəyanatda sonra qeyd olunur: “Qonşularla və region ölkələri ilə mehriban qonşuluq siyasətini vurğulayaraq bildiririk: Hər hansı bir ölkədən terrorçu Amerika dövləti və sionist rejim tərəfindən hər hansı təhdid İran İslam Respublikasının təhdid mənbəyinə qarşılıq və mütənasib cavab verməsi ilə nəticələnəcək”.

İran İslam Respublikasının BMT-dəki nümayəndəsi də açıqlama verib: “İranın hərbi hərəkəti sionist rejimin ölkəmizin Dəməşqdəki diplomatik obyektlərinə təcavüzünə cavab olaraq BMT Nizamnaməsinin qanuni müdafiə ilə bağlı 51-ci maddəsinə əsaslanıb”, - deyə açıqlamada deyilir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyi də sionist rejimin İran İslam Respublikasının Dəməşqdəki səfirliyinə qarşı təcavüzkar hərəkətinə cavabı ilə bağlı rəsmi bəyanat yayaraq bildirib: “İran İslam Respublikasının silahlı qüvvələri Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünəməxsus özünümüdafiə hüququndan istifadə etməklə və sionist rejimin təkrar hərbi təcavüzü və Suriya hökumətinin dəvəti ilə bu ölkədə işləyən İranın rəsmi hərbi müşavirlərinin şəhadətinə cavab olaraq və xüsusilə 1 aprel 2024-cü il tarixli hərbi hücumda ölkəmizin Dəməşqdəki diplomatik obyektlərinə, 14 aprel 2024-cü ildə bu rejimin hərbi bazalarına qarşı silsilə hərbi hücumlar həyata keçirdilər”.

Bəyanatda deyilir ki, İran İslam Respublikası BMT Nizamnaməsi və beynəlxalq hüququn prinsip və məqsədlərinə sadiqliyini təsdiq etməklə yanaşı, öz suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını hər hansı qanunsuz güc tətbiqi və təcavüzə qarşı qətiyyətlə müdafiə etmək əzmini vurğulayır.

 

 

Teqlər