Apr 17, 2024 16:06 Asia/Baku
  • Bu gün Milli Ordu Günü münasibəti ilə ölkə boyu paradlar keçirilib

Bu gün 29 Fərvərduin İranda Milli Ordu Günü münasibəti ilə Tehranla yanaşı ölkənin digər şəhərlərində də hərbi paradlar keçirilib.

Hər il Fərvərdin ayının 29-da qeyd olunan Milli Ordu Günü İslam İnqilabının banisi İmam Xomeyni (r.ə) tərəfindən 1979-cu ildə belə adlandırılıb.

Tehranda bu parad prezident Rəisinin və digər yüksək səviyyəli hərbi rəsmilərin, eləcə də ordunun mobil bölmələrinin və nəqliyyat vasitələrinin iştirakı ilə keçirilib.

Ordunun Quru Qoşunlarının Şəhid Feyzullah Əmani qərargahında keçirilən bu mərasimdə ordunun yerli texnikaları və PUA gücünün bir hissəsi nümayiş olunub. 

Teqlər