Ortaqlıqlar İran-Pakistan əlaqələrinin inkişafı üçün mühüm imkandır
İran və Pakistan xalqlarının ortaqlıqları iki ölkə əlaqələrinin genişləndirilməsi üçün mühüm imkandır.
Ordu dilində Pakistan xalqına müraciət edən İran prezidenti İran və Pakistan xalqlarının dini, mədəni və sivilizasiya ortaqlıqlarını iki ölkə əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün mühüm imkan adlandırıb.
Seyid İbrahim Rəisi «X» şəbəkəsində yayılan bu mesajda söyləyib: Rəhbərlik və böyük İran xalqı tərəfindən daim İslam-ı, islami dəyərləri, Fələstinin məzlumluğunu, haqqı və ədaləti müdafiə edən Pakistan xalqına salam söyləyirəm.
İran prezidenti əlavə edib: İran və Pakistan xalqlarının dini, mədəni və sivilizasiya ortaqlıqları iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi üçün mühüm imkan yaradıbdır.
İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi pakistanlı həmkarının rəsmi dəvətilə yüksək səviyyəli siyasi-iqtisadi-mədəni nümayəndə heyəti ilə dünən İslamabada daxil olub və Pakistanın yüksək vəzifəli rəsmilərilə görüşüb.