Apr 26, 2024 18:03 Asia/Baku
  • İran ABŞ-ın Suriyaya qarşı birtərəfli sanksiyalarını tənqid edib

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi deyibdir ki, Amerika və müttəfiqləri qəddarcasına sanksiyalar tətbiq etməklə gözlərini Suriyadakı insani duruma yummaq qərarına gəliblər.

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir-Səid İrəvani dünən BMT Təhlükəsizlik Şurasının Qərbi Asiya və Suriyaya həsr olunmuş iclasında bildiribdir ki, Suriyada insani durum ağır olmaqda davam edir və bu ölkə xalqı dərin iqtisadi problemlərdən əziyyət çəkir.

O, deyib: Amerika və müttəfiqləri sanksiyalardan diplomatik və ya hərbi kanallar vasitəsilə nail ola bilmədikləri məqsədlərə çatmaq üçün bir vasitə kimi istifadə edirlər.

İran İslam Respublikası Suriyaya qarşı birtərəfli sanksiyaların dərhal ləğv edilməsini tələb edir və bu cür insanlığa sığmayan hərəkətlər Suriya xalqının ilkin insani hüquqlarını pozur- deyən İrəvani əlavə edib: Birləşmiş Millətlər Təşkilatının son məlumatına əsasən, 16,7 milyon nəfər, yəni Suriya əhalisinin yetmiş faizə yaxını təcili humanitar yardımlara ehtiyac duyur.

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi söyləyib: İran İslam Respublikası real surətdə Suriyanın ərazi bütövlüyü və birliyini geri qaytarmaq üçün bu ölkənin xalqı və hökumətinə yardım, həmçinin BMT-nin imkanları ilə Suriyanın mülkiyyəti və rəhbərliyi altında real şəkildə yerləşən siyasi prosesi himayə etməyi davam etdirəcək.

İrəvani Suriyanın ərazi bütövlüyünün bərpasının bütün terrorçu qruplarla davamlı mübarizə istiqamətində ardıcıl səylər tələb etdiyini bildirib. Qeyd edib ki, İran İslam Respublikası terrorizmə qarşı səylərdə Suriya hökumətinə tam şəkildə dəstək verib, kömək edir..

Bütün amerikalı hərbi qüvvələrin Suriyanı dərhal tərk etmələri zərurətini vurğulayan İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi qeyd edibdir ki: Bu qüvvələrin qanunsuz iştiraklarının davam etməsi nəinki Suriyanın suverenliyi və ərazi bütövlüyünü pozur, həm də bu ölkədə əmin-amansızlıq və səbatsızlığın əsas mənşəyidir və yalnız terror qrupları üçün şərait yaradır.

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi sonda deyib: Sülh və təhlükəsizliyin regiona qaytarılması üçün yeganə real yol budur ki, təhlükəsizlik şurası/ özbaşınalıq edən sionist rejimi Qəzzədə müharibəni və soyqqırmını dərhal dayandırmağa,/ təcili və daimi atəşkəs bərqərar etməyə və bölgədəki səbatsızlaşdırıcı fəaliyyətlərə son qoymağa məcbur etmiş olsun.