Apr 27, 2024 16:54 Asia/Baku
  • İran müxtəlif sahələrdə dünya üçün yeniliyə malikdir

İran İslam Respublikasının prezidenti İranın ixracat qabiliyyətləri üzrə altıncı sərgi- İran-EKSPO iki min iyirmi dörd sərgisinin açılış mərasimində deyibdir ki, bu sərgi İranın sanksiyaqəbuletməz olduğunu və müxtəlif sahələrdə yenilik bacarığına malik olduğunu göstərir.

Bu sərgi rəqabət atmosferi və bir kollektiv hərəkət yaradır ki, iqtisadi anlaşmaların,/ ixracat və ticarətin genişləndirilməsi yolu ilə ictimai rifah üçün addım atılmış olsun- deyən İran prezidenti bildiribdir ki, sərgi ölkədə, regionda və dünyada iqtisadi yüksəlişə səbəb olacaq.

Seyid İbrahim Rəisi əlavə edib: Bu sərgi/ iranlı gənclərin təhdid və sanksiyanı fürsətə çevirən nailiyyətlərinin bir hissəsidir.

Sanksiyanı bir növ mülki müharibə hesab edən İran prezidenti deyib: Amma iradələr müharibəsində İranın iradəli xalqı sanksiyaları arxada qoyub. Belə ki, Ağ Ev-in sözçüsü elan etdi ki, İran İslam Respublikasına qarşı maksimum təzyiqlər biabırçı şəkildə uğursuz qalıb.

İranın ixracat qabiliyyətləri üzrə altıncı sərgi- İran-EKSPO iki min iyirmi dörd sərgisi dünyanın yüz on doqquz ölkəsindən iki min iş adamının, həmçinin səkkiz yüz üstün daxili ixracat şirkətinin iştirakı ilə bu gün Tehranda işə başlayıb.