Apr 29, 2024 12:41 Asia/Baku
  • İran prezidenti voleybolçu məktəbliləri təbrik edib

İran İslam Respublikası prezidenti İranın məktəblilərdən ibarət milli voleybol komandasını təbrik edib.

Seyid İbrahim Rəisi öz təbrik müraciətində İran İslam Respublikasının məktəblilərdən ibarət milli voleybol komandasının dünya çempionu olması münasibətilə İran xalqını, bu komandanın oyunçuları və məsul şəxslərini təbrik edib və belə qeyd edib: İran xalqı siz əzizlərin dünya məktəblilərinin voleybol yarışlarındakı layiqli iştirakı, qürurgətirici uğuru və qüdrətli çempionluğu ilə fəxr edir.

Almaniya yığmasını üç-sıfır hesabı ilə məğlub edən İranın məktəbli voleybol komandası məktəblilərinin voleybol üzrə dünya çempionatı- Serbiya- 2024-ün qalibi olub.

 

Teqlər