İranın mədəniyyət naziri:
Bakı forumu sionistlərin cinayətlərindən təsirlənib
Mayın 2-də keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya səfər etdən İranın Mədəniyyət və İslami İrşad naziri Məhəmməd Mehdi İsmaili Forumun sionist rejimin qəzzədə törətdiyi cinayətlərdən təsirləndiyini bildirib.
İsmaili X kanalında bir mesajda yazıb: Bu gün Azərbaycanın paytaxtı Bakıda işə başlayan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sionist rejimin Qəzzada törətdiyi cinayətlərdən təsirlənir.
O əlavə edib: Əsas hüquqlardan biri olan insan ləyaqətini qorumadan “dialoq”un heç bir mənası yoxdur və sionist caniləri cilovlamadan “mədəniyyət”dən danışmaq olmaz.
İsmaili vurğulayıb: Bu gün medianın gücü və mədəniyyətlərin tutumu insanlığın rahatlığına və insanların sülhünə xidmət etməlidir. Bu inanca əsaslanaraq, Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışımda İran İslam Respublikasının bütün ölkələrlə hərtərəfli mədəniyyətlərarası əməkdaşlıq yolu ilə sülh mədəniyyətini təbliğ etmək təşəbbüsünü təqdim etdim.
Mədəniyyət naziri vurğuladı: Hesab edirik ki, iştirak üsullarını dəyişdirməklə beynəlxalq təşkilatların fəaliyyətinin effektivliyi artırılmalı və onlar passivlikdən uzaqlaşdırılmalıdır.
Qeyd eədk ki, İranın mədəniyyət naziri Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət naziri ilə görüşdə iki ölkə arasında mədəniyyət mübadiləsinin bərpasını vurğulayaraq deyib: Biz iki ölkə arasında hərtərəfli mədəniyyət memorandumunu yenidən imzalamaq istəyirik. İranın Azərbaycan Respublikası ilə ümumi, uzun dəniz və su sərhədi var və mən təklif edirəm ki, sərhəd şəhərlərində mədəni əlaqələr yaradılsın.