May 06, 2024 18:50 Asia/Baku
  • İraqın Kürdüstan bölgəsinin prezidenti Tehranda danışıqlar aparır

İraq Kürdüstan bölgəsinin rəhbəri Neçirvan Barzani bazar ertəsi İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin qəbulunda olub.

İraq Kürdüstanının rəhbəri Neçirvan Barzani həmçinin, bu gün səhər saatlarında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İran prezidenti Seyid İbrahim Rəisi ilə də görüşüb  və danışıqlar aparıb.

Prezident Rəisi bu görüşdə deyib: “Biz iraqlı və kürd qardaşlarımızın xoş niyyətinə və dostluğuna əminik, lakin İraq dövlətindən və Kürdüstan Regional Hökumətindən sionist düşmən ünsürləri və anti-inqilabçı ünsürlərin bu bölgənin ərazisindən İrana qarşı hər hansı sui-istifadəsinin qəti şəkildə qarşısını almasını gözləyirik”.

Neçirvan Barzani də bu görüşdə deyib: “İrandan gözləntimiz odur ki, İraqdakı problemləri həll etmək, abad və inkişaf etmiş bir ölkə qurmaq üçün bundan sonra da yanımızda olsun.”

O, əlavə edib: “Heç bir sağlam düşüncə bizə imkan vermir ki, güclü və dost ölkə ilə münasibətləri bu gün ən pis vəziyyətdə olan sionist rejimlə əməkdaşlıqdan üstün tutaq”.

Barzaninin İran səfəri onun İran İslam Respublikasının regional roluna xüsusi diqqət yetirdiyini göstərir.