May 10, 2024 12:36 Asia/Baku
  • Parlament seçkilərinə 40 min nəzarətçi nəzarət edəcək

Nigəhban Şuranın sözçüsü deyib: İslami Şura Məclisinə on ikinci çağırış seçkilərinin ikinci mərhələsində qırx minə yaxın nəzarətçi seçkilərə nəzarət sahəsində Nigəhban Şura ilə əməkdaşlıq edəcək.

On may seçkilərinin keçirilməsinə toxunan Hadi Təhan Nəzif bildiribdir ki: Bu gün İslami Şura Məclisinə on ikinci çağırış seçkilərinin ikinci mərhələsi keçiriləcək. Daxili İşlər Nazirliyi bir icraçı kimi, seçkilərin keçirilməsinə şərait yaradıb. Biz də Nigəhban Şurada öz nəzarət prosesimizi araşdırmışıq və lazımi koordinasiyalar həyata keçirilib.

Məclisə on ikinci çağırış seçkiləri on beş vilayət və qırx yeddi rayonda yerləşən iyirmi iki seçki dairəsində keçiriləcək.

Tehran da daxil olmaqla səkkiz dairədə seçkilərin tam elektron formada keçirilməsi istiqamətində keçən həftələrdə ümumi xalq nəzarəti və icra amillərinin hazırlığı üzrə təlim-məşqlər keçirilib.

 

 

Teqlər