May 31, 2024 20:35 Asia/Baku
  • BMT Baş Assambleyasında şəhid prezident və xarici işlər naziri hörmətlə yad edilib

BMT Baş Assambleyasında İranın şəhid prezidenti Seyid İbrahim Rəisi və şəhid xarici işlər naziri Əmir Abdullahianın xatirəsinə həsr olunmuş xüsusi iclas keçirilib.

SəhərAzəri-nin məlumatına görə, iştirakçılar bir dəqiqəlik sükutla İranın şəhid prezidenti şəhid Seyid İbrahim Rəisi və şəhid xarici işlər naziri Hüseyn Əmir Abdullahianın xatirəsini ehtiramla yad ediblər.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sədri Denis Fransis bu iclasdakı çıxışında deyib: "Biz bu gün prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın şəhadətindən sonra İrana dərin hüznlə başsağlığımızı bildirmək üçün toplaşmışıq. Mən mərhum xarici işlər naziri Hüseyn Əmir Abdullahianın diplomatik bacarığını təhsin edirəm".

BMT-nin baş katibi Antonio Quterreş Rəisinin siyasi fəaliyyətini alqışlayıb və qeyd edib ki, prezident Rəisi İrana “ölkə, region və qlobal miqyasda çətin bir zamanda İrana rəhbərlik etdi.

İslam Əməkdaşlıq Təşkilatının nümayəndəsi də deyib: "İranın mərhum prezidentinin İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında dostluq əlaqələrinin təşviqində böyük töhfələri olmuşdu, hansı ki, İslam Əməkdaşlıq Təşkilatının çərçivəsində ikitərəfli və çoxtərəfli əlaqələri təsbit edibdir".

Haiti nümayəndəsi Latın Amerikası və Karib hövzəsi qrupu adından etdiyi çıxışında deyib: "İran prezidentinin şəhadəti dünya ictimaiyyəti üçün şokedici xəbər oldu".

Qoşulmama Hərəkatının nümayəndəsi həmçinin deyib: "İranın şəhid prezidenti Rəisi və xarici işlər naziri Əmir Abdullahianın rəhbərliyi altında İran inkişaf etməkdə olan ölkələrin əməkdaşlığının təşviqində mühüm rol oynayıb".

İranın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi İrəvani də prezident Rəisini "sədaqətli lider" kimi xarakterizə edib və deyib: "Şəhid Rəisi həm regionda, həm də onun hüdudlarından kənarda mehriban qonşuluğu inkişaf etdirmək, etimad yaratmaq və dialoqu təşviq etmək üçün yorulmaz səylərinə görə geniş hörmət qazanmışdır. Prezident Rəisi müstəsna prezidentliyi dövründə dünyanın bütün ölkələri ilə əlaqələrin inkişafını prioritet hesab edirdi".

İrəvani əlavə edib ki, xarici işlər naziri Əmir Abdullahian görkəmli diplomat idi və onun beynəlxalq və regional arenada fəaliyyətinin xarakterik cəhəti qarşılıqlı hörmətdir.

"Şəhid Rəisi və şəhid Əmir Abdullahianın irsi bizi daha dinc və təhlükəsiz region və dünya istiqamətində işləməyə ruhlandırmaqda davam edəcək", - deyə İrəvani bildirib. 

Teqlər