İranda prezident seçkilərinə namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir
Prezidentliyə namizəd olan Tehranın hazırkı meri Əlirza Zakani bu gün keçirdiyi brifinqdə Qərb dövlətləri ilə danışıqları dəstəklədiyini deyib, lakin qeyd edib ki, Qərb təkcə ABŞ və üç böyük Avropa dövləti deyil.
Bizim danışıqlarla bağlı heç bir problemimiz yoxdur və bunu alqışlayırıq. Qərb təkcə ABŞ və üç Avropa ölkəsi yəni Britaniya, Fransa və Almaniya deyil, onlar İranla nüvə sazişinin tərəfləridirlər, lakin saziş üzrə öhdəliklərini pozaraq 2018-ci ilin mayında qeyri-qanuni olaraq sazişdən çıxan Vaşinqtonun tərəfindədirlər. Biz qarşılıqlı hörmət istəyirik və mənsub olduğumuz Şərqin gücünə inanırıq" deyə o, əlavə edib.
Prezident seçkilərinə digər namizəd Əmir Hüseyn Qazizadə Haşimi isə Siyasi Dəyirmi Masa verilişində xarici siyasətlə bağlı deyib: Biz xarici siyasətdə öz kimliyimizi qorumalıyıq. Biz sivil ölkəyik və onu qorumaq və yüksəltmək istəyirik, həm də təhlükəsizliyimizi qorumaq istəyirik.
O, əlavə edib: Daxili və xarici ictimai əlaqələr ehtiyacları təmin etmək və tamamlamaq üçündür, lakin biz xarici ölkə ilə əlaqə qurmaq istədikdə, öz maraqlarımıza nail olmaqdan əlavə, öz kimliyimizi də qorumaq istəyirik; Biz güc yaratmaq istəyirik və ikinci və ya üçüncü dərəcəli ölkə kimi tanınmamaq istəmirik.
Qazizadə Haşimi qeyd edib ki, xarici siyasətin millət üçün bir nailiyyəti olmalıdır və bu nailiyyət milli maraqlar istiqamətində digər ölkələrlə əlaqələri inkişaf etdirməklə yanaşı azadlıq və siyasi müstəqillik olmalıdır.
Qazizadə Haşimi sanksiya məsələsi ilə bağlı deYIB: Nə qədər ki, Amerika dünyada müxtəlif sahələrdə dominant gücdür və ya dominant güclərdən biridir, onların bizə qarşı strategiyası dəyişməyəcək. Kimsə danışıqlar aparmaqla onların strategiyasını dəyişdirə biləcəyini zənn edirsə, yanılır; Biz onların quluna çevrilmədikcə bu mümkün deyil.