Qədir-Xum bayramınız mübarək
Sabah, Zilhiccə ayının 18-də İslam dünyasının ən əhəmiyyətli bayramlarından biri – "Qədir-Xum" bayramı qeyd edilir.
Zilhiccə ayının 18-ci günü İslam dünyasının Qədir-Xum bayramıdır. Bu mübarək gündə Allahın sonuncu Peyğəmbəri Məhəmməd Mustafa (s) Həzrət Əlini (ə) özünün canişini təyin etdi.
Qədir-Xum bayramı və onu qeyd etmək ənənəsi Həzrət Peyğəmbərin (s) zamanına təsadüf edir. İmamların (ə) dövründə də bu dini ənənə davam etmiş və İmam Sadiq (ə) və İmam Rza (ə) onu xüsusilə qeyd etmiş və əziz tutmuşdular. Onlardan əvvəl də Əmirəlmöminin (ə) bu günü qeyd edərdi.
Qədir-Xum bayramı münasibətilə İranın müxtəlif şəhər və kəndlərində şənlik mərasimləri keçirilir. Küçələr çıraqban edilib, insanlara şərbətlər paylanılır. Xüsusilə, şiələrin 8-ci imamı Həzrət İmam Rza(ə)-ın məqbərəsinin yerləşdiyi Məşhəd şəhəri və o həzrətin əziz bacısı xanım Məsumənin(s) pak hərəmi olan Qum şəhərində bu bayram özünəməxsus formada qeyd olunur.