İyun 28, 2024 14:31 Asia/Baku
  • Ərdəbildə zəlzələ baş verib

Bu gün səhər yeraltı təkan İranın Ərdəbil şəhərini və ətraf şəhərləri titrədib.

Zəlzələ, Bakı vaxtı ilə yeddi-qırx səkkiz dəqiqədə baş verib. Yeraltı təkanın böyüklüyü və şiddəti üzündən insanlar küçələrə axışıblar.

Tehran Universitetinin Geofizika Mərkəzinin məlumatına əsasən, yeraltı təkanın gücü, Rixter şkalası ilə dörd tam onda səkkiz bal olub. Zəlzələnin episentri, İran sərhədi yaxınlığında- Azərbaycan Respublikasının Lerik rayonu ərazisində olub. Yeraltı təkan İranın Meşginşəhr, Germi və Biləsuvar rayonlarında hiss edilib.

Heç bir dağıntı və insan xəsarətinin baş vermədiyi zəlzələ, üç ölkədə- Azərbaycan Respublikası, İran və Ermənistanda hiss olunub.