İranin Rask şəhərində seçki bülletenlərini daşıyan mikroavtobusa silahlı hücum olub
İyun 29, 2024 10:28 Asia/Baku
Sistan və Bəlucistanın cənubunda Raskdan Cekiqur istiqamətində bülleteni daşıyan mikroavtobusa açılan atəş nəticəsində 2 polis əməkdaşı şəhid olub.
Məlumata görə, səsvermə başa çatdıqdan sonra bülletenləri şəhər valiliyinə təhvil vermək üçün Sistan və Bəlucistan vilayətindəki Rask rayonundan Cakiqur məntəqəsinə gedən mikroavtobus naməlum silahlı şəxslərin hücumuna məruz qalıb. Hücum nəticəsində səslərin qorunması üçün təyin edilmiş iki təhlükəsizlik əməkdaşı şəhid edildiyini və onlarla bərabər bir neçə polisin də yaralandığı bildirilir.