Əhməd Vəhidi:
"Namizədlərin təbliğatı bazar günündən başlayacaq"
İranın daxili işlər naziri seçki nəticələri ilə bağlı açıqlamsında deyib ki, ölkədə keçirilmiş prezident seçkiləri tam təhlükəsizlik və sağlam şəraitdə, ciddi rəqabət və xalqın ləyaqətli iştirakı ilə keçirildi.
Əhməd Vəhidi səsvermənin dünən gecə yarısına qədər davam etdiyini və seçki nəticələrinin ən qısa zamanda açıqlandığını bildirib.
" İndi biz gələn cümə günü seçkilərin ikinci turuna hazırlaşırıq"- İranın daxili işlər naziri əlavə edib.
Nazir həmçinin muzdlu qüvvələr tərəfindən seçki qutularından birini apararkən şəhid edilən iki Fəraca şəhidinin xatirəsini ehtiramla yad edib.
O açıqlamsının davamında Kanadanın çox çirkin bir hərəkət etdiyini və seçkilərin keçirilməsinə icazə verməməsinə toxunaraq onların demokratiya və insan haqları iddiasını yalnız yüksək səslə dediyini söyləyib.
Əhməd Vahidi həmçinin deyib ki, seçkilərin ikinci turu üçün namizədlərin təbliğat kompaniyalarının bazar günündən seçki gününə 24 saat qalmış davam edəcək.