İyun 30, 2024 15:44 Asia/Baku
  • İkinci tur seçkilər üçün təbliğat kampaniyası və teledebatların tarixi açıqlanıb

İranda prezident seçkilərinin ikinci turunun təşviqat cədvəlinin açıqlanması ilə ikinci tura vəsiqə qazanmış iki namizəd arasında teledebatlar bazar ertəsi və çərşənbə axşamı keçiriləcək.

Təbliğat cədvəlinə əsasən, birinci teledebat bazar ertəsi iyulun birində yerli vaxtla saat 21-30-da, ikinci teledebat isə çərşənbə axşamı iyulun ikisində eyni saatda keçiriləcək. 

Ölkənin seçki qərargahının bildirdiyinə görə, seçkilərin birinci turunda Məsud Pezeşkian 10 milyon 415 min 991 səs və ya ümumi səsin 42 faizini, Səid Cəlili isə 9 milyon 473 min 298 səs  və ya ümumi səslərin 39 faiz faizini qazanaraq, seçkilərin ikinci turuna yüksəlib.