İyul 01, 2024 18:09 Asia/Baku
  • İranda “Hamımız Rəqəmsal İqtisadiyyat naminə” şüarı ilə ELECOMP sərgisi keçirilir

İranda 500-dən çox yerli və xarici startap şirkəti və 9 elm və texnologiya parkının iştirakı ilə "ELECOMP 2024” adlı 27-ci Beynəlxalq Elektron, Kompüter və Elektron Ticarət Sərgisi keçirilir.

Tehranın beynəlxalq sərgilərinin daimi məkanında “Hamımız Rəqəmsal İqtisadiyyat naminə” şüarı ilə keçirilən bu sərgi iyulun 2-də öz işinə yekun vuracaq. 

Bu sərgidə müvafiq sahədə fəaliyyət göstərən startaplar, iqtisadi müəssisələr və şirkətlər ölkənin rəqəmsal iqtisadiyyatının inkişafına kömək etmək üçün öz son nailiyyətlərini və məhsullarını nümayiş etdirirlər.

Özəl sektorun yüksək imkan və potensialından əvvəlkindən daha çox yararlanmaq 27-ci ELECOMP sərgisinin diqqət mərkəzində olub.

Sərgidə Rusiya, Cənubi Koreya, Almaniya, Tayvan, Suriya, Çin, Pakistan və Türkiyə kimi xarici ölkələrin nümayəndələri də iştirak ediblər. 

ELECOMP İranın elektronika və kompüter məhsulları və xidmətləri bazarında ən əhəmiyyətli kommersiya hadisəsi hesab olunur.

Teqlər