Avq 08, 2024 13:48 Asia/Baku
  • Baqiri: Sionist rejimin məqsədi bütün İslam ölkələrinin təhlükəsizliyini pozmaqdır

İran xarici işlər nazirinin vəzifəsini icra edən Əli Baqiri Kəni Pakistanın baş nazirinin köməkçisi və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşündə deyib ki, İsrail şər varlıqdır və məqsədi təkcə Fələstin deyil, həm də bütün İslam ölkələrinin təhlükəsizliyinə zərbə vurmaqdır.

"İRNA"nın məlumatına görə, İran xarici işlər nazirinin vəzifəsini icra edən Əli Baqiri Kəni Ciddədə keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə toplantısı çərçivəsində Pakistanın baş nazirinin köməkçisi və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb. 

Baqiri cinayətkar sionist rejimin İranın suverenliyi və milli təhlükəsizliyinə təcavüzündən sonra Pakistan hökuməti və xalqının İran İslam Respublikasına verdiyi dəstəyi yüksək qiymətləndirib. 

Baqiri əlavə edib: "Xoşbəxtlikdən, sionistləri qınamaq üçün bütün dünyada, xüsusən də İslam dünyasında ictimai rəyin ümumi səfərbərliyin şahidi olduq". 

İranın diplomatiya aparatının başçısı vurğulayıb ki, İsrail şər varlıqdır və məqsədi təkcə Fələstin deyil, həm də bütün İslam ölkələrinin təhlükəsizliyinə zərbə vurmaqdır.

Əli Baqiri Kəni sionistlərin bir çox region ölkələrində və İslam ölkələrində terror aktları törətmək keçmişinə işarə edərək, qeyd edib ki, sionistlər bu terrorlar qarşısında ağır bədəl ödəməyiblər və rejimin başçıları terroru strateji siyasət hesab edirlər ki, onlar üçün elə də bir xərci yoxdur, ona görə də, sionistlərin bu yanaşması İslam ölkələrinə qarşı yönəlmiş təhdid kimi qiymətləndirilməli və qətiyyətlə üzləşməlidir.

Pakistan baş nazirinin köməkçisi və xarici işlər naziri Məhəmməd İshaq Dara da bu görüşdə, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyənin terror edilməsindən dərin təəssüf hissi keçirdiyini bildirib.

O, bu terror cinayətinin baş verməsindən sonra ölkəsində ümumi matəm elan edilməsinə, həmçinin Pakistan hökuməti, siyasi dairələri, parlamenti və xalqı tərəfindən bu cinayətin geniş və kəskin şəkildə pislənməsinə işarə edib.

O, Pakistan hökuməti və xalqının İran İslam Respublikasına həmrəylik və dəstəyini təsdiqləyərək, izah edib ki, İslamabad Təhlükəsizlik Şurasına gələcək üzvlüyündən İranı dəstəkləmək üçün istifadə edəcək və Baş Assambleyanın iclasları məsləhətləşmələr aparmaq və sionist rejimin təcavüzlərinə qarşı mübarizədə ölkələrin dəstəyini qazanmaq üçün bir fürsətdir. 

Qeyd edək ki, İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin fövqəladə iclasında iştirak etmək üçün çərşənbə günü Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər edib.

İran İsmayıl Həniyyənin öz ərazisində terror edilməsindən sonra bu iclasın keçirilməsini tələb etmişdi.

Teqlər