General Qaani: Şəhid Həniyyənin qanının intiqamını almağı, özümüzə borc bilirik
Sepah-ın Qüds qüvvələrinin komandanı Həmas-ın siyasi bürosunun yeni sədri Yəhya Sinvara ünvanladığı təbrik məktunda belə yazıb:
Sizin islami müqavimətdəki qardaşlarınızın qəhrəmancasına cihadı, cəzanın təsirini keçmişdəkindən daha çox edəcək və sionist rejim kimi nəhs fenomenin tez bir zamanda məhvinə gətirib çıxaracaq.
General Qaani/ Yəhya Sinvara ünvanladığı təbrik mesajında şəhid Həniyyəni İslam Dünyasında birlik yaradan bir şəxsiyyət kimi təqdim edib.
Məktubun müəyyən hissələrində deyilir:
İslam şəhidi sərkərdə İsmayıl Həniyyənin göylərə qovuşması münasibətilə başsağlığı verirəm.
Şəhid Həniyyə həqiqətən də islami müqavimətin şücaətli rəhbərlərindən və İslam Dünyasında birlik yaradan mətanətli və dəyərli bir şəxsiyyət idi.
İnqilab Rəhbərinin buyurduqları kimi, İran İslam Respublikasında baş verən bu kədərli hadisəyə görə, onun qanının intiqamını almağı özümüzə borc bilirik.
Şübhə yoxdur ki, bu möhtərəm şəhidin qanı sionist rejimin İran İslam Respublikasının əli ilə sərt şəkildə cəzalandırılmasında təsirli olacaq.
Mən rəhbərlik və cihad istiqamətində iftixarlı keçmişə malik olan bir şəxsiyyət olduğunuza görə, Həmas, Qəzzə və Fələstin xalqının bütün qəhrəmanlarını təbrik edirəm.
Həmas başqa bir məntiqli rəhbər seçməklə sübut etdi ki, Həmas-ın iftixarla dolu bayrağını döyüş meydanında ən çox iştiraka malik/ və fisəbilillah mübarizi olan bir şəxsə tapşırır.