Sanksiyalar İranın neft sənayesinə təsir etməyib
Reuters: İran öz nefti üçün yeni müştərilər tapıb
Avq 11, 2024 13:41 Asia/Baku
“Reuters” agentliyi gəmiçilik mənbələrinə istinad etdiyi hesabatda İranın sanksiyalara rəğmən, öz nefti üçün yeni müştərilər tapdığından xəbər verib.
Bu məlumata görə, İrana qarşı sanksiyaların davam etməsinə baxmayaraq, Tehran öz xam neftini satmaq üçün Banqladeş kimi müştərilər cəzb edə bilib.
“Reuters”in verdiyi məlumata görə, İran ABŞ-in keçmiş prezidenti Donald Trampın 2018-ci ildə “nüvə sazişindən” çıxdıqdan sonra İranın xam neft ixracına tətbiq etdiyi sanksiyalardan yan keçməyin yollarını axtarır.
“Reuters” xəbərinin davamında İran 2018-ci ildən bu yana eyni dövrlə müqayisədə bu ilin mart-may ayları arasında üç aylıq dövrdə neft ixracatında ən yüksək ixrac göstəricisinə nail olduğunu da qeyd edib.