Avq 11, 2024 17:39 Asia/Baku
  • İran Trampın seçki kampaniyasının sındırılmasındakı roluna dair iddianı rədd edib

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi Tehranın/ Amerikanın keçmiş prezidenti Donald Trampın seçki kampaniyasının sındırılmasındakı roluna dair iddianı rədd edib.

Microsoft araşdırıcılarının məlumatına toxunan Trampın seçki qərargahı iddia edibdir ki, İranla bağlı olan hakerlər iyun ayında Amerika prezident seçkiləri rəqabətlərində bir «yüksək vəzifəli rəsmi»nin hesabına girməyə çalışıblar.

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi «Politiko» vebsaytının Donald Trampın seçki kampaniyasının İranla əlaqədar olan hakerlər tərəfindən sındırılmasına dair məlumatı ilə bağlı bildiribdir ki, İran dövləti Amerika prezident seçkilərinə qarışmaq üçün heç bir hədəf və məqsəd güdmür.

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi bildiribdir ki: İran/ ölkə sənayesi, ictimai xidmət mərkəzləri və infrastrukturlarına qarşı müxtəlif kiber hücumları əməliyyatlarının qurbanı olub və İranın kiber qüdrəti müdafiə xarakterli olaraq, üzləşdiyi təhdidlərə uyğundur.