Avq 11, 2024 17:39 Asia/Baku
  • Dünya ictimaiyyəti sionistlərin bəşəriyyətə zidd cinayətlərinin təkrarlanmasına mane olsun

İran İslam Respublikasının prezidenti sionistlərin Qəzzədə yerləşən fələstinli didərginlərə məxsus məktəbə qarşı qəddarcasına hücumunu pisləyib. O, dünya ictimaiyyətini, xüsusən BMT Təhlükəsizlik Şurasını və islami ölkələri var gücləri ilə bu kimi bəşəriyyətə zidd cinayətlərin təkrarlanmasına mane olmağa çağırıb.

Fələstinin müqavimətli xalqına başsağlığı verib, bu faciədə zərərçəkənlər və şəhidlərin ailələri ilə empatiya ifadə edən Məsud Pezeşkiyan deyib: Sionist rejim yalnız insan hüquqlarını müdafiə iddiasında olan dövlətlərin himayələri altında bu soyqırımlara əl atır.

İran prezidenti əlavə edib: Bir tərəfdən, sülh və atəşkəs müzakirələrindən dəm vuran, digər tərəfdən isə bu yırtıcı rejimi himayə istiqamətində heç bir həddi-hüdud bilməyən dövlətlər və orqanlar/ uşaq qatili olan rejimin bütün cinayətlərinə ortaqdırlar.

Pezeşkiyan deyib: Şübhəsiz,  bu kimi cinayətlərin təkrarlanması, sionist rejimin yırtıcı və cinayətkar başçılarının Qəzzənin müqavimətli əhalisinin duruşu qarşısında acizlik və təhqirolunma hissi keçirmələrindən irəli gəlir və bu hərəkət işğal olunmuş ərazilərin hər tərəfini bürümüş daxili faydasızlıqlar və böhranları ört-basdır etmək üçündür.