Avropa ölkələrilə əlaqələrin inkişafı qarşılıqlı hörmətə və birgə etimadyaratmaya əsaslanmalıdır
İran prezidenti Almaniya kanslerinin telefon əlaqəsinə cavab olaraq, İranla Avropa ölkələri arasındakı əlaqələrin yüksəlişi yolundakı maneələrin aradan qaldırılmasını zəruri adlandırıb.
Prezident Pezeşkiyan Almaniya kanslerinin telefon əlaqəsinə cavab olaraq bildirib ki: İran İslam Respublikası dostluq, qarşılıqlı hörmət və birgə etimadyaratma əsasında Almaniya da daxil olmaqla bütün Avropa ölkələrilə əlaqələri genişləndirmək istəyir.
İran prezidenti Məsud Pezeşkiyan Almaniya kansleri Olaf Şoltsun telefon əlaqəsinə cavab olaraq, regional və beynəlxalq təhlükəsizlik, sabitlik və sülhün qorunmasının yüksəldilməsini İran İslam Respublikasının əsas siyasətlərindən adlandırıb. Vurğulayıb ki: Sionist rejim bütün beynəlxalq müqavilə və qanunları pozmaqla Qəzzədə cinayət və soyqırımı davam etdirir. Bu rejim digər ölkələrdə terror aktları törədir və beynəlxalq sülh və regional təhlükəsizliyi ciddi böhran və problemlə üzləşdirir.
Dünya xalqları Avropa ölkələrindən, xüsusən Almaniyadan sionist rejimi himayə etmək yerinə, bu rejimin Qəzzədə törətdiyi soyqırıma son qoymaq istiqamətində təsirli rol oynamalarını gözləyirlər- deyə İran prezidenti vurğulayıb.
İran İslam Respublikası daim özünü beynəlxalq qayda-qanunlara riayət etməyə borclu hesab edib- deyən Pezeşkiyan söyləyib: İran bütün ölkələrlə anlaşmaların genişləndirilməsini alqışlayır. Problemlərin danışıqlar yolu ilə həllinə təkid edən İran,/ təzyiqə, sanksiyaya, zorakılığa və təcavüzkarlığa əsla təslim olmayacaq/ və beynəlxalq prinsiplərə əsasən, təcavüzkarlara cavabı/ özünün haqqı hesab edir.
Almaniya kansleri Olaf Şolts da bu telefon danışığında öncə İran xalqının prezidenti seçilməsi münasibətilə Məsud Pezeşkiyanı təbrik edib. Pezeşkiyanın dəyərli mövqelərini yüksək qiymətləndirən Şolts ölkəsinin bütün sahələrdə İranla əlaqələri yüksəltməyə maraqlı və hazır olduğunu vurğulayıb.
Olaf Şolts həmçinin regionda sülh və təhlükəsizliyin bərqərarını Almaniyanın Qərbi Asiyaya və dünyaya olan yanaşmasının prioritetlərindən adlandırıb. O, Qəzzədəki müharibə və zorakılığın dərhal dayandırılması və bu bölgədə atəşkəsin bərqərar olunmasına təkid edib.